Bakıda "poçtalyonlar" evə basqın etdi: 100 minlik QULDURLUQ
23 noyabr 2022 13:04 (UTC +04:00)

Bakıda "poçtalyonlar" evə basqın etdi: 100 minlik QULDURLUQ

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında qeydə alınıb. Özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslər mənzillərdən birinə daxil olub və ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər. Bu barədə polis orqanlarına məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramazan Kərimov və Əli Vəliyev  “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Daha 2 nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 2835
avatar

Oxşar yazılar