Bakıda İran vətəndaşı tutuldu -  VİDEO
27 sentyabr 2022 14:54 (UTC +04:00)

Bakıda İran vətəndaşı tutuldu - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən İran vətəndaşı Hossein Bolhassani tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 3 kiloqram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Hossein Bolhassani müxtəlif qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil edən əsas şəxslərdən biri olub. Onun narkotik vasitələrin satışını həyata keçirmək üçün paytaxt ərazisində yaratdığı şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakıya narkotik gətirib satan əcnəbi tutuldu

# 3960
avatar

Oxşar yazılar