Məşhur ukraynalı aktyor və “Polytech Cowboys” KVN komandasının keçmiş rəhbəri Maksim Nelipa xüsusi hərbi əməliyyat zonasında döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Lent.az xəbər verir ki bu barədə Ukrayna mətbuatı onun həyat yoldaşına istinadən məlumat yayıb. Hadisə mayın 12-də baş verib, lakin ölümün dəqiq yeri və şəraiti hələ də dəqiqləşdirilir.
Nelipa könüllü olaraq 2022-ci ilin martında Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Müharibədən əvvəl aktyor "Dizel şou" və KVN şoularının iştirakçısı kimi məşhur idi.