Bakıda qətl hadisəsi olub.
Suraxanı rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 69 yaşlı Natalya Popovanın öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 23 yaşlı Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.