Bakıda arvadını doğrayan kişi məhkəmə qarşısına çıxarılır
15 dekabr 2021 09:32 (UTC +04:00)

Bakıda arvadını doğrayan kişi məhkəmə qarşısına çıxarılır

Bakıda arvadını öldürən Füzuli Qarayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, avqustun 3-ü saat 11 radələrində 24 yaşlı Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 42 yaşlı Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlamış, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Sevinc Məhərrəmova həyat yoldaşı Füzuli Qarayev tərəfinfən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər.

Cütlüyün 3 və 4 yaşlarında iki oğlu var.

Sevinc Məhərəmova

# 1713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar