Öldürülən Məryəm
26 may 2022 10:16 (UTC +04:00)

Öldürülən Məryəm

Bakıda 4 yaşlı qızı öldürüb quyuya atan qonşusu HAKİM QARŞISINDA

Bakıda 4 yaşlı qızı öldürüb quyuya atmaqda şübhəli bilinən Mehman Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ınməlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun icraatına göndərilib.

Qeyd edək ki, bu ilin fevral ayında Bakının Xəzər rayonunda istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.

O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun Məryəm Hüseynlinin qonşusu olduğu bildirilir.

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3594
avatar

Mehman Nəbiyev

Oxşar yazılar