Azərbaycanlını öldürən Xeyir Xəbərov  saxlanıldı
30 noyabr 2023 10:55 (UTC +04:00)

Azərbaycanlını öldürən Xeyir Xəbərov saxlanıldı

Gürcüstanda azərbaycanlı ailəyə silahla hücum edən saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır. İstintaq müəyyən edib ki, hadisəni törədən 46 yaşlı Xeyir Xəbərov əvvəlcə keçmiş həyat yoldaşına odlu silahdan açdığı atəşlə xəsarət yetirib, onun hazırki ərini isə yerindəcə qətlə yetirib. Daha sonra isə hadisə yerindən qaçıb. Yaralı qadın hələ də klinikadadır. Onun təcili əməliyyata ehtiyacı olub. Həkimlər yaralıların vəziyyətini stabil, lakin ağır kimi qiymətləndirirlər.

Gürcüstan Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri ilə araşdırma aparılır, bu maddələr ağırlaşdırıcı şəraitdə iki və ya daha çox şəxsi öldürməyə cəhd və qanunsuz olaraq odlu silahın alınması, saxlanması və gəzdirilməsini nəzərdə tutur.

# 3195
avatar

Oxşar yazılar