Azərbaycanlı ata-oğul 15 il HƏBS OLUNDU - TƏFƏRRÜAT
27 aprel 2022 11:59 (UTC +04:00)

Azərbaycanlı ata-oğul 15 il HƏBS OLUNDU - TƏFƏRRÜAT

Rusiyanın Volqaqrad şəhər məhkəməsi 47 yaşlı azərbaycanlı Nadir Əzimov və onun oğlu Rauf barədə hökm çıxarıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, məhkəmə istintaqından sonra bəlli olub ki, ata-oğul Əzimovlar sərxoş halda bir nəfəri öldürüb, digərini ağır yaralayıblar. Məlumata görə, onlar yaşadıqları həyətdə bir nəfəri ədavətli olduqları şəxsə bənzədiblər. Buna görə də onu döyməyə başlayıblar. Bu vaxt həmin adamın atası çıxaraq oğlunu Əzimovların əlindən almaq istəyib.

Ata Əzimov bıçaqla onu vurub, oğlunu isə yaralayıb. Nəticədə ata yerindəcə keçinib, oğlu ağır halda xəstəxanaya aparılıb.

Məhkəmənin qərarı ilə N. Əzimov 11 il, R. Əzimov 4 il azadlıqdan məhrum ediliblər.

# 3204
avatar

Mehman Nəbiyev

Oxşar yazılar