Azərbaycanda ər arvadını  öldürüb qaçdı
16 noyabr 2022 17:56 (UTC +04:00)

Azərbaycanda ər arvadını öldürüb qaçdı

Abşeronda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə bu gün günorta saatlarında Xırdalan şəhərində baş verib. Şəhər sakini S.Nuriyev aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Ə.Nuriyevanı bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

S.Nuriyev hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində Abşeron rayon Polis İdarəsinin əməkdaşları zəruri istintaq-əməliyyat tədbirləri keçirir.

Məlumata görə, cütlük boşanma ərəfəsində imiş.

# 4107
avatar

Oxşar yazılar