Azərbaycanda 3 nəfər kəndlini təkləyib ÖLDÜRDÜ
18 noyabr 2021 14:53 (UTC +04:00)

Azərbaycanda 3 nəfər kəndlini təkləyib ÖLDÜRDÜ

Samuxda bıçaqlanan kişi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyindən Lent.az-averilən xəbərə görə, noyabrın 11-də Samux rayonunun Sərkar kəndində kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq noyabrın 12-də orada ölüb. Bununla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər -  Saatlı rayon sakini E.Mehdiyev və Sərkar kənd sakini T.Yusifov tutularaq istintaqa təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3129
avatar

Mehman Nəbiyev

Oxşar yazılar