Azərbaycanda 2 günə cinayət törədən 92 nəfər tutulub
29 mart 2021 09:10 (UTC +04:00)

Azərbaycanda 2 günə cinayət törədən 92 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən martın 27 və 29-da törədilən 54 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olan ümumilikdə 27 nəfər, o cümlədən borclu qismində axtarılan 9 nəfər tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz silah-sursatla bağlı isə 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.

# 1263
avatar

Mehman Nəbiyev

Oxşar yazılar