Avtobuslarda qadınlara qarşı cibgirlik edən TUTULDU - VİDEO
14 iyun 2022 10:32 (UTC +04:00)

Avtobuslarda qadınlara qarşı cibgirlik edən TUTULDU - VİDEO

Abşeronda avtobuslarda cibgirlik və soyğunçuluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-averilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Nəticədə Xırdalan şəhərində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tutulub. Aparılan araşdırmalar zamanı onun Xırdalan şəhəri ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub. 

Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Xırdalan şəhərində soyğunçulıuq edən əvvəllər rməhkum olunmuş Valeri Kulikov saxlanılıb. 

Faktlarla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Avtobuslarda qadınlara qarşı cibgirlik edən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Mehman Nəbiyev

Oxşar yazılar