65 yaşlı qadın ərini öldürüb,  qonağı bıçaqladı
01 iyun 2024 16:57 (UTC +04:00)

65 yaşlı qadın ərini öldürüb, qonağı bıçaqladı

Rusiyanın İvanovo vilayətində məhkəmə qonağı bıçaqlayıb ərini öldürən 65 yaşlı qadının işinə baxacaq.

Lent.az yerli mediaya istinadla bildirir ki, yanvarın 1-də sərxoş təqaüdçü mənzildə ərinə və onların ortaq dostuna bıçaqla hücum edib. Ər sağ qalmayıb, qonaq isə ağır xəsarətlər alıb.

Qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) və 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (“Öldürməyə cəhd”) ilə cinayət işi açılıb.

İş artıq məhkəməyə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar