Qayda pozan sürücünün maşını
07 sentyabr 2021 13:27 (UTC +04:00)

Qayda pozan sürücünün maşını

Cəlilabadda avtoxuliqan həbs edildi

Cəlilabadda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Saxlanıldıqdan sonra həmin sürücünün Cəlilabad rayon sakini R.Qəhrəmanov olduğu müəyyən edilib. İdarə etdiyi “Vaz 2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib. R.Qəhrəmanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287
avatar

Mehman Nəbiyev

Oxşar yazılar