Bu tarixdən doğulan uşaqların müavinətləri ilə bağlı YENİ QƏRAR
20 avqust 2022 14:45 (UTC +04:00)

Bu tarixdən doğulan uşaqların müavinətləri ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edib.

Lent-ın APA-ya istinadən xəbərinə görə, Nazirlər Kabinetinin 320 №-li Qərarı ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır və həmin müddət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.

Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır. Eyni zamanda, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün müavinətin avtomatlaşdırılmış qaydada təyin olunması və verilməsi barədə norma əlavə olunur.

Başqa sözlə, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət edilmədən Ədliyyə Nazirliyinin “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən uşağın anadan olmasının qeydiyyatına dair əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunacaq. Birdəfəlik müavinətin təyin olunmasına dair bildiriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə bu Əsasnamə nəzərə alınmaqla sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) göndəriləcək. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət bu Əsasnamədə nəzərdə tutulmuş qaydada müraciət edildikdə veriləcək.

Qeyd edək ki, uşağın anadan olmasına görə müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. İndiyə qədər uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilib və müraciət müddəti məhdudlaşdırılmayıb. Dəyişikliyə əsasən, 1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417
avatar

Oxşar yazılar