“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək olub
09 aprel 2025 10:16 (UTC +04:00)

“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək olub

“Azərsun Holdinq”  yarandığı gündən ölkənin qida sənayesinin və kənd təsərrüfatının inkişafı üçün saysız işlər görür, müxtəlif layihələr həyata keçirir. Aqrar sahənin təkmilləşməsinə və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə davamlı olaraq dəstək verən şirkətlər qrupu bu dəfə Ege Universitetində təhsil alan 20 azərbaycanlı magistrin 1 illik yataqxana xərcini ödəyib. Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Ege Universiteti və Azərsun Holdinq arasında memorandum imzalanıb.

ADAU ilə Ege Universiteti arasında həyata keçirilən Beynəlxalq ikili diplom proqramı çərçivəsində ilk məzunlardan 20 nəfər hal-hazırda magistratura səviyyəsində təhsillərini davam etdirirlər. Bu gənc tədqiqatçılar, gələcəkdə Azərbaycanın kənd təsərrüfatının inkişafına böyük töhfələr verəcək və ölkəmizin bu sahədəki inkişafına önəmli təsir göstərəcək.

Qeyd edəki, bu təşəbbüs “Azərsun Holdinq”in mərhum qurucusu Abdolbari Gozal tərəfindən irəli sürülüb. Onun rəhbərliyi altında “Azərsun Holdinq” 33 il ərzində yüzlərlə sosial layihə həyata keçirərək ölkə həyatının müxtəlif sahələrində mühim işlər görüb. Yerli kadrların hazırlanmasını fəaliyyət prioritetlərindən hesab edən Abdolbari Gozal kənd təsərrüfatının inkişafını və mütəxəssislərin yetişdirilməsini həmişə ön planda tutub. Bu gün də icrası davam etdirilən bu təşəbbüslər, Azərbaycanın iqtisadi inkişafını təmin edərək, ölkəmizin gələcəkdə daha güclü və inkişaf etmiş kənd təsərrüfatı sektoruna sahib olmasına zəmin yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar