Kürün suyu azalır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabrın II ongünlüyündə apardığı monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, dekabrın II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən saniyədə 10 kubmetr azalaraq 183 kubmetrə düşüb. Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normanı dəfələrlə üstələyib.
Ermənistanla transsərhəd olan Araz çayında isə suyun sərfi saniyədə 135 kubmetr olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,91-7,36 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Elxan SALAHOV

Oxşar yazılar

"Azercell" və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
21 aprel 2025 , 12:25
Azərbaycanda nazirin müşaviri istefa verdi
21 aprel 2025 , 10:29
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
19 aprel 2025 , 10:03
Azərbaycanın 5 milyondan çox xarici borcu var
18 aprel 2025 , 17:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
18 aprel 2025 , 09:53
"Azercell"in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi -VİDEO
17 aprel 2025 , 17:06
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başladı
17 aprel 2025 , 12:08