“Yuventus” İtaliya Kubokunun finalında!
24 aprel 2024 04:36 (UTC +04:00)

“Yuventus” İtaliya Kubokunun finalında!

Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin oyunu keçirilib.

Lent.az xəbər verir ki, ilk görüşdə "Latsio"nu 2:0 hesabı ilə məğlub edən “Yuventus” bu dəfə rəqibi ilə Romada qarşılaşıb. Turin təmsilçisi 1:2 hesablı məğlubiyyət alsa da, birinci matçda qazandığı qələbə hesabına finala yüksəlib.

"Qoca sinyora"nın həlledici mərhələdəki rəqibi bu gün keçiriləcək “Atalanta” – “Fiorentina” oyunundan sonra məlum olacaq. Bu cütün ilk görüşündə Florensiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar