Yeni oyunçu təqdimata iti ilə gəldi - VİDEO
17 avqust 2024 16:26 (UTC +04:00)

Yeni oyunçu təqdimata iti ilə gəldi - VİDEO

Norveçli hücumçu Alexander Serlot Madrid "Atletiko"nun yeni oyunçusu elan edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 28 yaşlı futbolçu təqdimata Amma adlı iti ilə gəlib. Doqquz rəqəmi və öz adı olan it üçün xüsusi köynək hazırlanıb.

Serlot avqustun əvvəlində 32 milyon avroya “Villarrea”ldan “Atletiko Madrid”ə keçib. Ötən mövsüm La Liqada 34 matçda 23 qol vuran norveçli futbolçu birinci yeri ukraynalı Artem Dovbikə uduzaraq turnirin ikinci bombardiri olub.

“Atletiko Madrid” yeni mövsümü 19 avqust Bazar ertəsi günü Villarreal ilə səfər oyunu ilə açacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar