Mançini «Qalatasaray»a «hə» deməyə hazırlaşır
29 sentyabr 2013 05:18 (UTC +04:00)

Mançini «Qalatasaray»a «hə» deməyə hazırlaşır

Fateh Terimlə yollarını ayıran «Qalatasaray» rəhbərliyi qısa müddətdə baş məşqçi problemini həll etməyə çalışır.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, İtaliya mətbuatı bu məsələ ilə bağlı çox önəmli bir iddia ilə çıxış edib. Ölkə mətbuatının yazdığına əsasən, Roberto Mançini «Qalatasaray»ın təklifinə «hə» deməyə hazırlaşır.

 

Türkiyənin «LigTV»-də yayımlanan «Maraton» proqramında tanınmış qəzetçi Şansal Böyük də bu xəbərin  doğruluğuna eyham vurub.

Proqramın şəhrçisi Hakan Şükür isə deyib: «Roberto Mançini ilə ortaq bir dostum var. O, mənə söylədik ki, «Qalatasaray» Mançini ilə əl görüşüb».

Sentyabrın 29-da klub rəhbərliyi ilə Mançinin birgə yemək yeyəcəyi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar