![[b]AFFA prezidenti Qurban Qurbanovla müqavilə şərtlərini açıqladı[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]AFFA prezidenti Qurban Qurbanovla müqavilə şərtlərini açıqladı[/b]
“İclas başa çatdı. Qurban Qurbanov yekdil qərarla milli komandanın baş məşqçisi təyin olundu”. Apasport.az saytı xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
İclasdan sonra brifinq keçirən Abdullayev yeni çalışdırıcıya uğurlar arzulayıb. O, Qurbanovun “Qarabağ”da və İcraiyyə Komitəsində qalacağını açıqlayıb: “Qurban Qurbanov “Qarabağ”da qalır, işini davam etdirəcək. Bilirsiz ki, millinin bazası “Qarabağ” olacaq. Yığmanın əsas oyunçuları da bu komandadadı. Buna görə də orda qalıb, baş məşqçiliyini davam etdirəcək və Premyer Liqanın da bütün klubları ilə sıx işləyəcək. Düşünürəm ki, bu, işin xeyrinə olacaq. Çox müzakirələr apardıq və İcraiyyə Komitəsində yekdilliklə qərar qəbul edildi ki, o, “Qarabağ”da qalsın”.
AFFA prezidenti Qurban Qurbanovla müqavilə şərtlərinə də aydınlıq gətirib: “Biz bunu artıq proqram şəklində həyata keçirəcəyik. Ölkə xaricində məşqçi gətirəndə tsikl-tsikl müqavilə bağlayırdıq. Bu gün mən sizə açıq deyim ki, bu tsiklimiz ən azı 6 illik olacaq. Avro-2020, DÇ-2022 və Avro-2024-ü əhatə edəcək. Bu, böyük bir hazırlıq prosessidi. Düşünürük ki, sistem qurulmalıdı. Qurban Qurbanovun qarşısında məsələ qoymuşuq ki, Premyer Liqanın bütün oyunçularının hazırlığı AFFA tərəfindən vahid sistemlə aparılsın. Yəqin ki, yaxşı nəticələr olacaq”.
Abdullayev millidə köməkçi məşqçilərin hələ müəyyənləşmədiyini deyib. Qurum rəhbəri bildirib ki, baş məşqçi yeni təyin olunub və o, fikirləşdik sonra bu barədə məlumat veriləcək.
AFFA rəhbəri Qurban Qurbanovla bir-birlərinin qarşısına qoyduqları öhdəliklərdən də danışıb. AFFA prezidentinin sözlərinə görə, əsas şərt vətənə qulluq etməkdi və Qurban da vətənpərvərdi.
Oxşar yazılar

Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37