“Arsenal” bu həftə üç transfer danışıqlarını tamamlamağa hazırlaşır. Ancaq ən asanından başlayaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "topçular"ın ilk işi yüksələn ulduzu, 18 yaşlı yarımmüdafiəçi İtan Nvaneri ilə yenidən müqavilə imzalamaqdır.
Bundan sonra klub üç sövdələşməni yekunlaşdırmaq niyyətindədir: Viktor Dokereş (64 milyon funt), Noni Madueke (50 milyon funt) və Kristian Moskera (20 milyon funt). Ümumilikdə transferlərə 154 milyon avro xərclənəcək.