Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 11:13 (UTC +04:00)

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

20 yaşlı Şarlotta inanılmaz bir təcrübə yaşayıb: o, hamilə olduğunu öyrəndikdən cəmi 17 saat sonra ilk övladını dünyaya gətirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şarlotta, TikTok-da “Charlotte-Maddison” adı ilə tanınan və böyük marağa səbəb olan hekayəsini 11 iyulda paylaşıb.

Şarlotta belində bəzi dəyişiklikləri müşahidə etmişdi. O, bir qədər kökəlmişdi və artıq iki ölçü böyük cins şalvar geyinməli olurdu. Lakin bunun hamiləliklə bağlı olduğunu düşünmürdü. Şarlotta iki il yarımdır münasibətdə idi və çəki artımını “xoşbəxt münasibətlər” nəticəsində baş verdiyini hesab edirdi. Həmçinin, həyatında kifayət qədər stresli dövrlər vardı. Buna görə də baş verən dəyişikliklər onu narahat etməyib.

Şarlottanın həmçinin adət dövrü də müntəzəm olub. O, eyni zamanda hamiləlikdən qoruyucu həblər də qəbul edirmiş. İyunun Şarlotta həkimə getdi – məqsədi özü üçün qlütensiz qidalara qarşı allergiyanın olub-olmadığını yoxlatmaq idi. Həkim bir neçə analiz apardı və onların arasında hamiləlik testi də var idi. Məhz həmin vaxt həkim ona hamilə olduğunu bildirdi. Həkim əvvəlcə hamiləliyin erkən mərhələdə olduğunu güman edib.

"Həmin anda bir az panikaya düşdüm, heç cür hamilə ola bilməyəciyimi düşünürdüm" –Şarlotta videoda deyib.

Elə həmin gün o, sevgilisi ilə birlikdə ilk USM müayinəsinə gedib və orada inanılmaz bir xəbər alıb: məlum oldu ki, körpə artıq "38 həftə 4 günlükdür", yəni təbii doğuma cəmi iki həftədən də az vaxt qalıb.

Şarlotta bu an baş verənləri demək olar ki, başa düşməyib və sanki huşunu itirib.

USM zamanı həmçinin plasentar kisə ilə bağlı bir problem aşkarlanıb və bu, doğuşun tezliklə stimullaşdırılmasını zəruri edib. Nəticədə, Şarlotta doğum şöbəsinə hospitalizasiya olunub və o, hamilə olduğunu öyrəndikdən cəmi 17 saat 21 dəqiqə sonra oğlunu dünyaya gətirib.

“Mən baş verənləri tam anlamırdım. Bunu başqa cür necə izah edim, bilmirəm. Bu, tamamilə dəli bir təcrübə idi,” – deyə Şarlotta bildirib.

Sürətlə analığa gedən yoluna geri baxan Şarlotta qeyd edib ki, o, xoşbəxt və sağlamdır. Eyni zamanda, şübhə ilə yanaşan izləyiciləri nəzərə alaraq, Şarlotta xəstəxanadan aldığı rəsmi sənədləri də videoda göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar

İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş

İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş

15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16