Sabirabadda kişi zəhərlənərək ölüb.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 76 yaşlı Qardaşəli Nəsir oğlu Əliyev yaşadığı evdə kimyəvi məhlul içib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.