Əşrəf Hakimlə top-model İman Hammamın münasibəti ilə bağlı şayiələr təsdiqini tapıb.
PSJ-nin ulduzu və Misir-Mərakeş əsilli holland modeli Nyu-Yorkda birlikdə görüntülənib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İmaan həmçinin PSJ-ni iyulun 9-da Nyu-Cersidəki “Metlayf” stadionunda “Real”la oyunda və Klublararası dünya çempionatının finalında dəstəkləyib.
Keçən ay 28 yaşlı İmaan da Çempionlar Liqasının finalında mərakeşli ulduza dəstək olmaq üçün Münhendə olub, oradan fotoları sosial media hesablarında paylaşıb.
Cütlük "Vogue" jurnalının çəkilişlərində tanış olub.