ABŞ-da beynini ox deşən doqquz yaşlı uşaq sağ qalıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Aleksandriyada baş verib. Uşaq atası ilə ov üçün ox-yay götürərkən buzlu yolda sürüşüb. O, yıxılan zaman ox burnunun tam sağından başının içərisinə girərək, beyninə keçib.
Oğlan oxunu özü çıxarıb anasına tərəf dönüb. Əvvəlcə həkimlər heç bir kritik xəsarət tapmayıblar və onu evə göndəriblər. Lakin uşaq qusduğu üçün o, tomoqrafiyadan keçib və təəccüblü bir fakt ortaya çıxıb - ox həyati nahiyələrə toxunmadan beyni keçib.
Hadisəni möcüzə adlandırıblar - oğlan nəinki sağ qalıb, hadisədən aylar sonra heç bir fəsadla üzləşməyib. İndi o, tam sağlamdır.