115 yaşlı  marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 12:07 (UTC +04:00)

115 yaşlı marafonçu faciəli şəkildə öldü

Dünyanın ən yaşlı marafonçusu Fauca Sinq Hindistanda 115 yaşında vəfat edib. İdmançı Beas qəsəbəsində yolu keçərkən onu maşın vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, idmançının ölümü barədə onun tərcümeyi-halının müəllifi, yazıçı Xuşvant Sinq məlumat verib. Sinqin ölümünü Pəncab qubernatoru Qulab Çand Kataria da təsdiqləyib. Avtomobilin sürücüsünün şəxsiyyəti hələlik müəyyən edilməyib.

Fauja Sinq 1911-ci il aprelin 1-də anadan olub. Onun qaçmağa marağı uşaqlıqdan başlayıb. 1990-cı illərdə o, Böyük Britaniyaya köçüb və 89 yaşında sistemli məşqlərə yenidən başlayıb. Sinq müntəzəm olaraq yaşlı idmançılar arasında beynəlxalq marafon yarışlarında iştirak edib.

2003-cü ildə o, öz yaş kateqoriyasında Toronto marafonunu 5 saat 40 dəqiqəyə başa vuraraq dünya rekordu vurub. 2011-ci ildə onun adı “Ginnesin Rekordlar Kitabı”na 100 yaşında marafonu başa vuran ən yaşlı insan kimi düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar