Hindistanda polis 17 yaşlı qadını öldürməyə cəhd edənləri saxlayıb. Kişilərdən biri hamilə olduğu üçün qadını öldürmək istəyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Madhya Pradeş ştatında baş verib. 17 yaşlı qız intim münasibətdə olduğu evli kişiyə hamilə olduğunu deyib. Ailəsini biabırçılıqdan qorumaq üçün kişini yeniyetməni öldürmək qərarına gəlib.
Cinayətkar onun və gələcək övladının qayğısına qalmaq bəhanəsi ilə qızı əmisi oğlu ilə birlikdə kimsəsiz yerə aparıb və orada onu dərəyə itələyiblər.
Zərərçəkmiş çoxsaylı xəsarətlər alsa da, sağ qalıb. Qız hamiləliyini itirib. O, tibb müəssisəsinə aparılıb. Xəstəxanada o, təcavüzkarların davranışının səbəblərini söyləyib və onlardan şikayət edib.
Cinayətkar və onun şəriki saxlanılıb.