Avropanın  sakit inciləri   - Turistlərsiz 5 cazibədar yer
15 iyul 2025 12:22 (UTC +04:00)

Avropanın sakit inciləri - Turistlərsiz 5 cazibədar yer

Avropada istirahət planlayırsınız, amma məşhur kurortlardakı izdiham sizi yordu? Bəlkə də daha sakit, autentik və təbiətə yaxın yerlərə ehtiyacınız var.

Lent.az heyranedici gözəlliyə malik 5 Avropa məkanını təqdim edir.

Bu istiqamətlər sakitlik, mədəniyyət, təbiət və dadlı mətbəxlərlə zəngindir. Almaniyanın Mozel çayı sahilində yerləşən kiçik və romantik şəhərcikdir. Burada yerləşən Kalmont – Avropanın ən dik üzüm bağlarından biridir. Üzümlük boyunca ipli və pilləli alpinist cığır uzanır. Bremm, rislinq şərabı ilə tanınır. Sakitlik axtaranlar üçün dar küçələr, St. Laurentius kilsəsinə piyada yürüş və şərab dequstasiyaları idealdır.

Püi-l’Evek, Fransa (Puy-l'Évêque)

Bu orta əsr Fransız kəndi, daş evləri və döşənmiş küçələri ilə nağılları xatırladır. Təpənin zirvəsində XIII əsrə aid qüllə, aşağıda isə sakit çay sahili və kiçik qayıqlar var. Az turist, çox autentiklik: yerli bistrolar, malbek şərabları, kənd ritmi və qonaqpərvər sakinlər.

Nafplion, Yunanıstan

Peloponnes yarımadasının tarixi incisi. Şəhər Vizan, Venesiya və Osmanlı memarlığını özündə birləşdirir. Burdzi qalası dənizin ortasında yerləşir, Palamidi qalasından isə mənzərə möhtəşəmdir. Dar küçələr, qədim abidələr və köhnə şəhərin atmosferi sizi tarixə aparacaq.

Brizigella, İtaliya (Brisighella)

Emiliya-Romania bölgəsində tanınmamış, lakin sehrli kənd. Burada "Eşşək Yolu" adlanan qədim keçid, barokko kilsələri və silindrik qülləli qala var. Brizigella gastronomiya sevənlər üçün cənnətdir: talyatelle, stroççapreti və digər yerli yeməkləri münasib qiymətə dadmaq olar.

Tomar, Portuqaliya

UNESCO-nun qoruduğu qədim templiyer monastırı ilə məşhur şəhər. Tomar – cəngavərlər, yəhudi mirası və portuqal mədəniyyəti ilə zəngindir. Nabao çayı, mosaik daşlı meydanlar, dar küçələr və fatiash-de-Tomar adlı şirin desert – bunlar zəngin və sakit tətil üçün mükəmməl şərait yaradır.

Nəticə

Əgər siz də klasik turizm yerlərindən bezmisinizsə, bu 5 Avropa istiqaməti mədəniyyət, təbiət və rahatlıq axtaranlar üçün əsl xəzinədir. Burada siz izdihamsız, lakin dolğun və mənalı istirahət yaşaya bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar