Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Qılıncbəyli kənd sakini 2002-ci il təvəllüdlü R.Abdullayev idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən Qaracəmirli kənd sakini 1956-cı il təvəllüdlü Ş.Məmmədovu vurub.
Piyada hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.