Avropa Liqasının qrup mərhələsində çıxış edən hər bir kluba UEFA tərəfindən 1.3 milyon avro vəsait ödənilir. Ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” həmin məbləğə sahib çıxıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu büdcəsini 1,3 milyon avro zənginləşdirib. UEFA-dan AFFA-ya daxil olan müvafiq vəsait dərhal “Qarabağ” klubunun hesabına köçürülüb.