
“Qarabağ” UEFA reytinqində 1 pillə irəlilədi
Çempionlar Liqasının qrup mərhələsinin IV turunun ilk oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, keçirilən 8 qarşılaşma siyahıda bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycanın ilk “100-lük”dəki yeganə təmsilçisi “Qarabağ”ın da mövqeyi dəyişib. İspaniyada “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən çempionumuz aktivinə daha 1 xal yazıb.
2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəldə Qurban Qurbanovun yetirmələrinin 20,500 xalı var.
Ağdam klubu hazırda Avropanın 65-cisi adına şərikdi. Təmsilçimiz Sloveniyanın “Maribor” klubu ilə eyni göstəriciyə malikdi.
“Atletiko” ilə görüşədək Hollandiya “Feyenoord”u və Belarus BATE-si ilə 66-cı sıranı bölən “Qarabağ” 1 addım irəliləyib.
Siyahıya isə İspaniya “Real”ı başçılıq edir. Madrid klubunun aktivində 139,000 xal var.
Qeyd edək ki, hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə “Qarabağ”ın 24,225 xalı var.
Oxşar yazılar

Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37