Xavinin getmək qərarından sonra "Barselona" bir dəfə də olsun  uduzmayıb
16 aprel 2024 09:57 (UTC +04:00)

Xavinin getmək qərarından sonra "Barselona" bir dəfə də olsun uduzmayıb

Aprelin 13-də İspaniya çempionatının 31-ci turunun oyununda "Barselona" "Kadis"i minimal hesabla (1:0) məğlub edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, yeganə qolu "Atletiko"dan icarəyə götürülən Joao Feliks vurub. Beləliklə, Xavi yayda klubu tərk etmək qərarını açıqladıqdan sonra kataloniyalılar hələ heç bir oyunda uduzmayıb.

Sonuncu məğlubiyyət yanvarın 27-də "Vilyarreal"la oyunda (3:5) qeydə alınıb, bundan sonra ispaniyalının gedəcəyi məlum olub.

Aprelin 16-da "Barsaselona” Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunu, beş gün sonra isə çempionatda "Real" ilə qarşılaşacaq.

İspaniya çempionatının 31 turundan sonra Kataloniya klubu 70 xal toplayaraq ikinci pillədə qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3240
avatar

Oxşar yazılar