Xavi və Laporta bir-birinə məhəl qoymadı
10 oktyabr 2024 10:01 (UTC +04:00)

Xavi və Laporta bir-birinə məhəl qoymadı

"Barselona"nın sabiq baş məşqçisi Xavi və klubun prezidenti Joan Laporta Andres İnyestanın futbolla vidalaşma mərasimində bir-birini salamlamayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, kataloniyalı sabiq çalışdırıcı ilə klub rəhbərinin mərasimdən əvvəl yolları kəsişsə də, bir-birini görməzdən gəliblər.

Qeyd edək ki, Xavi yanvarın 27-də "Vilyarreal"a 3:5 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında baş məşqçi postundan istefa verdiyini açıqlayıb. Əvvəlcə klub rəhbərliyi məşqçini postunda qalmağa razı salsa da, mayın 24-də Kataloniya klubunun mətbuat xidməti mövsümün sonunda onun istefaya göndərildiyini açıqlayıb. Xavi 2021-ci ildən komandaya rəhbərlik edib. Bu dövrdə o, İspaniya çempionatını və ölkə Superkubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Oxşar yazılar