Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi Hacıqabulda başa çatdı
03 mart 2024 03:20 (UTC +04:00)

Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi Hacıqabulda başa çatdı

“İdman həftəsi” çərçivəsində martın 2-də “Qürurla irəli!” şüarı ilə Xankəndi–Bakı ultra marafonunun 3-cü mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyindən Lent.az-a bildirilib ki, 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 kilometr məsafəni əhatə edərək, Hacıqabulda başa çatıb.

17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.

# 2679
avatar

Oxşar yazılar