Trans oyunçuya görə heç kim onlarla yarışmır
16 oktyabr 2024 18:54 (UTC +04:00)

Trans oyunçuya görə heç kim onlarla yarışmır

ABŞ-da Nevada Universitetinin qadın voleybol komandası San Xose Dövlət Universitetinin komandası ilə oyundan imtina edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, buna səbəb San Xosedən olan komandada transseksual Bleyr Fleminqin iştirak etməsidir. Təhsil müəssisəsinin rəhbərliyi israr etsə də, voleybolçular oyunda iştirakdan imtina ediblər.

Komandanın bəyanatında deyilir: “Biz məhkəmədə təhlükəsizlik və ədalətli rəqabət hüququmuza hörmət edilməsini tələb edirik”.

Nevada Universitetinin komandası Fleminqə görə San Xose Ştatına qarşı oyundan imtina edən beşinci komandadır. Əvvəllər Cənubi Yuta, Boise Aydaho, Vayominq və Yuta ştatının universitetlərinin komandaları da eyni şeyi ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3501
avatar

Oxşar yazılar