Superliqa ilə bağlı YENİ BƏYANAT
19 aprel 2021 09:39 (UTC +04:00)

Superliqa ilə bağlı YENİ BƏYANAT

Avropa Klublar Assosiasiyası (ECA) bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, qurum bir sıra klubların yaratdığı Superliqaya münasibət bildirib.

ECA yeni yaradılmaqda olan liqanı qiyama bənzədib: “Qiyamçı Liqanın yaradılması ilə bağlı məlumatlar fonunda 246 aparıcı klubu birləşdirən Avropa klublar Assosiasiyası olaraq UEFA ilə əməkdaşlığa sadiq qalacağımızı bəyan edirik. Biz ötən həftə İcraiyyə Komitəsinin iclasında qəbul olunan mövqeyimizə əsaslanırıq. Təşkilatımız UEFA ilə birlikdə klub turnirlərinin yeni formatı üzərində işləmək öhdəliyinin üzərində dayanacaq”.

Qeyd edək ki, ECA-ya “Yuventus”un prezidenti Andrea Anyelli başçılıq edir. O, həm də Superliqada vitse-prezident seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar