Silahlı quldurlar məşhur futbolçunun  evinə girdilər: Başından vurdular
21 iyun 2024 12:57 (UTC +04:00)

Silahlı quldurlar məşhur futbolçunun evinə girdilər: Başından vurdular

İtaliyada silahlı cinayətkar dəstə futbolçu Roberto Baconun evinə soxulub, o, başından vurulub.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Altavilla-Viçentinada futbolçunun evinə hücum iyunun 20-də axşam saatlarında baş verib. Həmin vaxt ailə Avropa çempionatının İtaliya və İspaniya milliləri arasında keçirilən oyuna (0:1) baxıb.

Cinayətkarlar Bacio və ailəsini evin otaqlarından birinə salaraq, təxminən bir saat orada saxlayıblar. 57 yaşlı futbolçu hücum edənlərə müqavimət göstərməyə çalışsa da, tapança ilə başında zərbə endirilib. Nəticədə çoxlu qanaxmağa başlayıb.

Cinayətkarlar bütün evi alt-üst edib, saatlar, qızıl-zinət əşyaları və pul oğurlayıblar. Dəymiş ziyanın dəqiq məbləği hələ hesablanmayıb.

Bacio cinayətkarların getdiyini anlayanda qapını sındıraraq polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişlərdən ifadələr alıb və müşahidə kameralarına giriş əldə ediblər.

Hadisədən sonra Bacio xəstəxanaya aparılıb və ona bir neçə tikiş vurulub. Digər ailə üzvlərindən xəsarət alan olmayıb.

Roberto Bacio 1993-cü ildə “Qızıl top” mükafatını qazanıb. "Yuventus"la UEFA kubokunu, çempionluğu və İtaliya kubokunuəldə edib. İtaliya millisinin tərkibində futbolçu 1994 və 1990-cı illərdə Dünya Çempionatında müvafiq olaraq gümüş və bürünc medal qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Oxşar yazılar