Şevçenko  futbol klubu   almaq istəyir
04 may 2022 16:23 (UTC +04:00)

Şevçenko futbol klubu almaq istəyir

Andrey Şevçenko İtaliya futbolunda yer almaq cəhdlərindən əl çəkmir.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Genoa”nın baş məşqçisi kimi uğursuzluqdan sonra Ukrayna millisinin sabiq çalışdırıcısı “C” seriyasından – “Peskara” futbol klubunu almaq qərarına gəlib.

Məlumata görə, ukraynalı komandanın nəzarət paketini almaq üçün danışıqlar aparır və onun prezidenti olmağa yaxındır.

Jurnalistlərin iddiasınca, “delfinlər”in hazırkı sahibi Daniele Sebastiani ilə klubun alınması ilə bağlı müzakirələr son mərhələdədir. Şevçenko “Peskara”nı almaqda maraqlı olan bir qrup investoru təmsil edir.


Mayın 4-də ukraynalı B Seriyasına çıxmaq üçün pley-offda “Qubbio” ilə “Peskara” oyununda iştirak etməlidir. 


 

# 1860
avatar

Oxşar yazılar