Sautqeyt bu klubu idarə edəcək
25 oktyabr 2024 09:35 (UTC +04:00)

Sautqeyt bu klubu idarə edəcək

İngiltərə yığmasının sabiq baş məşqçisi Qaret Sautqeyt Premyer Liqa klublarından birinə rəhbərlik edə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Kristal Pelas” mütəxəssisin xidmətində maraqlıdır. Oliver Qlasner istefaya göndərilsə, Sautqeyt bu vəzifəyə keçə bilər.

Xatırladaq ki, Qaret Sautqeyt 2016-cı ildən İngiltərə millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında milli komanda iki dəfə ardıcıl olaraq Avropa çempionatının final mərhələsinə yüksəlib. Avro-2021-in finalında ingilislər İtaliyaya 1:1 (2:3 penaltilər), Almaniyada keçirilən turnirdə isə İspaniyaya 1:2 hesabı ilə uduzublar. Bu yay Qaret millinin baş məşqçisi postunu tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar