“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında ilk klubu olan “Sportinq”ə münasibətini bildirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, portuqaliyalı hücumçu “Sportinq”ə hörmətlə yanaşdığını deyib.
“Karyeramı bu klubda başa vuracağam. Cəmi bir mövsüm olsa belə, onlara borcumu verməliyəm.
Heç kim məndə xüsusi bir şey görmədiyi halda məni kəşf etdilər, məni yaratdılar və onlar olmasaydı, yəqin ki, “McDonalds”da işləyəcəkdim”, - Ronaldo vurğulayıb.