Ramil Şeydayev, Azərbaycan millisinin futbolçusu
03 iyun 2021 12:24 (UTC +04:00)

Ramil Şeydayev, Azərbaycan millisinin futbolçusu

Qurban Qurbanovun rekordunu yarıladı – 7 ilə

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yığmada 7-ci qolunu vurub.

Apasort.az saytının məlumatına görə, “Sabah”ın hücumçusu milli tarixinə bunu bacaran 7-ci oyunçu olub.

“Top-7”yə düşən forvard rekordu yarılayıb. Millinin ən yaxşı qolçusu Qurban Qurbanov 14 top vurub.

Şeydayev bunun yarısı qədər fərqlənən Elvin Məmmədov, Branimir Subaşiç və Rauf Əliyevə çatıb. Lakin sonuncu iki hücumçu daha çox matç keçirib. Ramil isə Elvinlə eyni sayda oyuna çıxıb.

Onlar 4-cü yerə şərikdir. Qurbanovla yanaşı Vaqif Cavadovla Dmitri Nazarov da daha çox fərqlənib.

1. Qurban Qurbanov – 14 (68)
2. Vaqif Cavadov – 9 (58)
3. Dmitri Nazarov – 8 (43)
4-5. Ramil Şeydayev – 7 (37)
4-5. Elvin Məmmədov – 7 (37)
6. Branimir Subaşiç – 7 (40)
7. Rauf Əliyev – 7 (47)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317
avatar

Oxşar yazılar