"Atletiko"nun 33 yaşlı hücumçusu Fransa millisinin heyətində 137-ci oyununa çıxıb, millinin keçmiş hücumçusu Olivye Jirunun nailiyyətini təkrarlayıb. Onlar üçüncü yeri bölüşürlər.
Lent.az xarici mediaya istinadən bildirir ki, Rekordçu Uqo Lorisdir (145), üçüncü yerdə isə Lilian Tyuram (142) qərarlaşıb.
Millətlər Liqasının ikinci turunda Fransa Belçikaya 2:0 hesabı ilə qalib gəlib. Qrizmann 79-cu dəqiqədə meydana daxil olub.