Argentina millisinin kapitanı Lionel Messi hesab edir ki, həmyerlisi Lautaro Martines 2024-cü ildə “Qızıl top”a hamıdan çox layiqdir.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Lautaro “France Football”un fəxri mükafatına 30 namizəd arasındadır. Qalib oktyabrın 28-də Parisdə elan olunacaq.
2024-cü ildə Martines "İnter"lə İtaliya çempionu, eyni zamanda A Seriyasında mövsümün bombardiri, həmçinin Argentina millisi ilə Amerika Kubokunu qazanıb və burada da turnirin bombardiri olub.
“O, maraqlı bir il keçirib. Amerika Kubokunun finalında qol vurub və ən çox qol vuran oyunçu olub. O, “Qızıl top”a hamıdan çox layiqdir”, - Messi vurğulayıb.