"Qızıl buts"a əsas namizədlər: KEYN HAMIDAN ÖNDƏ
28 noyabr 2023 02:12 (UTC +04:00)

"Qızıl buts"a əsas namizədlər: KEYN HAMIDAN ÖNDƏ

2023/24 mövsümündə Avropanın ən çox qol vuran futbolçusuna təqdim ediləcək "Qızıl buts" mükafatına əsas namizədlər müəyyənləşib.

Lent.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Harri Keyn hazırda hamıdan öncə qərarlaşıb.

18 qol vuran ingiltərəlinin hesabında 18 xal var. “Bodo Qlimt”in futbolçusu Amal Pelleqrino 34,5 xalla (23 qol) ikincidir.

“Ştutqart”ın üzvü Sehrou Quirassi üçüncü sırada yer alıb. O, 15 qolla 30 xal toplayıb.

Hərəyə 14 qol vuran Erlinq Haland (“Mançester Siti”) və Kilian Mbappe (PSJ) 28 xalla 4-5-ci yerləri bölüşürlər.

Qeyd edək ki, ötən mövsüm mükafatı Haland qazanıb. Norveçli futbolçu 36 qolla 72 xal toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4038
avatar

Oxşar yazılar