Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulub.
Lent.az xəbər verir ki, turun son günündə iki görüş keçirilib.
“Qarabağ” “Şamaxı”nı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
“Sabah” isə Masazırda “Neftçi”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.