"Qarabağ" "Səbail"ə qalib gəldi
06 avqust 2022 22:08 (UTC +04:00)

"Qarabağ" "Səbail"ə qalib gəldi

Misli Premyer Liqasında I tur davam edir.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, turun ikinci günündə bir oyun keçirilib.

Son ölkə çempionu “Qarabağ” ötən mövsümün autsayderi “Səbail”lə üz-üzə gəlib. “Azersun Arena”dakı görüş Qurban Qurbanovla Mahmud Qurbanovun dueli ilə yadda qalıb.

Çempionlar Liqasında yoluna uğurla davam edən “Qarabağ” çempionata da qələbə ilə başlayıb. Ağdam təmsilçisinin 3 qoluna bakılılar bir təsəlli topu ilə qarşılıq verə bilib.

Qeyd edək ki, avqustun 5-də başlayan tur ayın 8-də yekunlaşacaq.

Misli Premyer Liqası
I tur
6 avqust (şənbə)
20:00. “Qarabağ” – “Səbail” - 3:1
Qollar: 
Musa Qurbanlı, 42, Ramil Şeydayev, 45+2, 47 - Elmir Tağıyev, 71
Baş hakim: Rauf Cabarov
“Azersun Arena”
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 20. Kadi Borqes, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev
Baş məşqçi: Mahmud Qurbanov

# 1356
avatar

Oxşar yazılar