Poqbanın yeni işi var:  başqa sahənin ulduzuna çevrilə bilər
09 may 2024 18:59 (UTC +04:00)

Poqbanın yeni işi var: başqa sahənin ulduzuna çevrilə bilər

Pol Poqba orqanizmində qadağan olunmuş maddələr üçün müsbət test nəticələrindən sonra hazırda dörd illik qadağa müddətini çəkir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2023-cü ilin sentyabr ayının əvvəlində Poqba dopinq istifadəsinə görə şübhəli bilinib. “Udineze” ilə oyundan sonra orqanizmdə qadağan olunmuş maddələrin olub-olmaması ilə bağlı aparılan testlər müsbət nəticə verib. Nəticədə Fransa təmsilçisi 4 illik diskvalifikasiya olunub.

Çox uzun müddətlik diskvalifikasiya "Yuventus"un futbolçusunu futboldan əl çəkməyə məcbur edib. Məlumata görə, Poqba müvəqqəti olaraq sahəsini dəyişmək qərarına gəlib. 31 yaşlı futbolçu özünü aktyorluqda sınayacaq.

Bir neçə gün əvvəl Poqba “4 Zeros” filminin çəkilişində görüntülənib. Poqba stadionların birində meydana çıxıb. Məşhur oyunçu gənc futbolçuların yetişdirilməsi rolunu üzərinə götürüb.

“Le Parisien”in məlumatına görə, “Qoca sinyora”nın oyunçusu çəkiliş meydançasına mükəmməl uyğunlaşıb.

PSJ-də oynamaq arzusunda olan gənc futbolçu Kidanın hekayəsindən bəhs edən filmin rejissoru Fabien Ontinyent olub. Filmin premyerası 2025-ci ilin aprel ayına planlaşdırılıb.

Poqba karyerası ərzində “Mançester Yunayted” və “Yuventus”da çıxış edib.

# 2022
avatar

Oxşar yazılar