On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi
27 oktyabr 2024 10:40 (UTC +04:00)

On məşhur futbolçunun ən gözəl həyat yoldaşı və sevgilisi

Futbolçular hər zaman gözəl qadınların diqqətini çəkib. 

Lent.az məşhur idmançıların həyat yoldaşları və sevgililəri olan ən gözəl qızları təqdim edir.

1. Viktoriya Bekhem - Devid Bekhemin həyat yoldaşı

İdman dünyasında və ondan kənarda ən tanınan cütlüklərdən biri. Viktoriya və Devid 1990-cı illərin sonlarından ictimaiyyətin diqqətini cəlb edir. 1997-ci ildə tanış olublar və bir il sonra nişanlanıblar. Həmin vaxt Bekhem “Mançester Yunayted”də oynayırdı, Viktoriya isə məşhur “Spice Girls” qrupunun aparıcı müğənnilərindən biri idi.

Cütlüyün dörd övladı var: oğulları Bruklin Cozef, Romeo Ceyms və Kruz Devid. Cütlüyün Harper Seven adlı bir qızı da var.

2. Corcina Rodriqes - Kriştiano Ronaldonun sevgilisi

Corcina Rodriqes və Kriştiano Ronaldo, şübhəsiz ki, dövrümüzün ən parlaq cütlüklərindən biridir. Onlar 2017-ci ildə Corcinanın işlədiyi lüks brend mağazada tanış olublar. Rəsmi olaraq cütlük evli deyil, ancaq “YouTube” kanalındakı epizodların birində Kriştiano Corciananı həyat yoldaşı adlandırıb.

Cütlüyün beş övladı var: əvvəlki münasibətdən kiçik Kriştiano Ronaldo, surroqat anadan əkizlər Eva Mariya və Mateo, qızları Alana Martina və Bella Esmeralda.

3. Antonella Rokusso - Lionel Messinin həyat yoldaşı

Antonella Rokusso və Lionel Messi bir-birlərini uşaqlıqdan tanıyıblar. Futbolçu Antonellaya ilk baxışdan aşiq olduğunu dəfələrlə etiraf edib. Üstəlik, bu qızın onun gələcək həyat yoldaşı olacağına şübhə etməyib.

Cütlük 2008-ci ildən münasibətdədir və uzun müddət qeyri-rəsmi nikahda yaşayıb. Messi və Rokusso 2017-ci ildə evləniblər. Onların üç oğlu var: Tiaqo, Mateo və Çiro.

4. Pilar Rubio - Serxio Ramosun həyat yoldaşı

Onluqda daha bir möhtəşəm cütlük. Ramos və Rubio 2012-ci ildə görüşməyə başlayıblar. Serxio 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra Pilara evlilik təklifi edib.

Cütlüyün dörd oğlu var: kiçik Serxio, Marko, Alexandro və Maksimo.

5. Anna Levandovskaya - Robert Levandovskinin həyat yoldaşı

Anna və Robert 2007-ci ildə tanış olublar. Robertin həyat yoldaşı karate ilə peşəkar şəkildə məşğul olub və dəfələrlə bu idman növü üzrə yarışların qalibi olub. Robert 2011-ci ildə sevgilisinə evlilik təklif edib və 2013-cü ildə evləniblər.

Cütlüyün Klara və Laura adlı iki qızı var.

6. Sara Gündoğan - İlkay Gündoğanın həyat yoldaşı

İlkay və Sara 2021-ci ildə sosial şəbəkələrdə tanış olublar. Onların münasibətləri çox tez inkişaf edib və altı ay ərzində futbolçu qıza evlilik təklif edib. 2022-ci ilin may ayında onlar rəsmi olaraq ər-arvad olublar.

2023-cü ilin mart ayında cütlük ilk övladları, oğlu Keysi dünyaya gəlib.

7. Mişel Hersiq - Tibo Kurtuanın həyat yoldaşı

Tibo Kurtua və Mişel Hersiq də sosial şəbəkələrdə tanış olublar. 2021-ci ildə görüşməyə başlayıblar. Və iki il sonra evləniblər. Toy ərəfəsində Tibo və Mişel “Vanity Fair” jurnalının ispan nömrəsinin üz qabığında görünüblər.

Aprel ayında Mişel birlikdə ilk övladını, qızı Ellini dünyaya gətirib. Tubonun Marta Dominqes ilə əvvəlki münasibətdən iki övladı var.

8. Mişel Lakrua - Kevin de Bruynenin həyat yoldaşı

Mişel və Kevin də 2013-cü ildə sosial şəbəkədə tanış olublar. Qız futbolçunun dostuna yazıb, çünki De Bruyne özü bunu etməkdən utanıb.

2016-cı ildə cütlüyün ilk övladı Meyson Milian dünyaya gəlib. Bir il sonra Kevin və Mişel evləniblər. 2018-ci ildə onların ikinci övladı Roma dünyaya gəlib. Və 2020-ci ilin sentyabrında bir qızı dünyaya gəlib - ona Suri adı verilib.

9. İzabel Hauqsenq Yohansen - Erlinq Haalandın sevgilisi

Erlinq və İzabel bir-birlərini uşaqlıqdan, hər ikisi Norveç “Bryune” futbol akademiyalarında oxuduqları vaxtdan tanıyırlar. Erlinq Borussia “Dortmund”unda oynayanda gənclərin mehriban münasibəti romantik münasibətlərə çevrilib - İzabel ev oyunları zamanı tez-tez tribunalarda görünüb.

Oktyabrın əvvəlində Millətlər Liqasının Norveç - Sloveniya oyunundan (3:0) sonra Haaland tezliklə ata olacağını açıqlayıb.

10. Ana İvanoviç - Bastian Şvaynştaygerin həyat yoldaşı

Ana İvanoviç keçmiş peşəkar tennisçi və “Rolan Qarros”da Fransa Açıq Çempionatının qalibidir. Ana və Bastian 2014-cü ildə görüşməyə başlayıblar. Və iki il sonra evləniblər.

Cütlüyün Luka və Leon adlı iki oğlu var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036
avatar

Oxşar yazılar