Karyerasının zirvəsində o, Venesuelanın aparıcı velosipedçisi sayılırdı.
Keçmiş Olimpiya idmançısı Las-Veqasdakı mənzilində ölü tapılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Venesuela əsilli Daniella Larreal Çirinosun cəsədi bir həftə işə gəlmədikdən sonra aşkar edilib. Səlahiyyətlilər hesab edirlər ki, 50 yaşlı qadın yeməkdən boğulub.
Məhkəmə ekspertləri Çirinosun avqustun 11-də boğulma nəticəsində öldüyünü müəyyən ediblər. Yarılma hesabatında bildirilir ki, onun boğazında bərk qida qalıqları tapılıb.
Çirinos iyirmi ildən artıqdır ki, öz ölkəsində velosiped sürməyə üstünlük verirdi. O, Barselona (1992), Atlanta (1996), Sidney (2000), Afina (2004) və London (2012) daxil olmaqla beş Olimpiya Oyunlarında iştirak edib. 2014-cü ildə idman karyerasını bitirənə qədər peşəkar şəkildə yarışıb.
50 yaşlı qadın heç vaxt Olimpiya medalı qazanmasa da, 2014-cü ildə Cənubi Amerika Oyunlarında üç medal (iki qızıl və bir gümüş) qazanıb. Elə həmin il o, Panamerika Atletika Çempionatında gümüş, Mərkəzi Amerika və Karib hövzəsi Oyunlarında isə daha bir gümüş medal qazanıb. O, həmçinin bədən tərbiyəsi üzrə bakalavr dərəcəsinə malik idi.